Xəbər lenti

Gürcüstanda etirazçılar qalib gələcəkmi və yaxın zamanda nə dəyişə bilər?
Dünya 13:07 05.12.2024

Gürcüstanda etirazçılar qalib gələcəkmi və yaxın zamanda nə dəyişə bilər?

"Avropa Xəbər" jurnalının baş redaktoru Yuri Pançenko Gürcüstanın siyasi eksperti və Georgian Strategic Analysis Center-in mütəxəssisi Gela Vasadzedən Gürcüstandakı etirazlar barədə müsahibə alıb.

Qaynarinfo xəbər verir ki, Vasadze "hazırkı Gürcüstan etirazçılarının qalib gəlmə şansı nə qədərdir? Gürcüstanda ümumilikdə vəziyyət necədir?” suallarına cavab verib. (Onun la müsahibəni bu linkdən izləmək olar.

Gürcüstanın siyasi eksperti Gela Vasadzenin əsas fikirləri "Rusiyalı təlimçilər və alternativ hakimiyyət mərkəzi: Tbilisidən etirazlara baxış" məqaləsində yer alıb. Aşağıda isə bu məqalənin qısa versiyası təqdim olunur.

Seçkilərin saxtalaşdırılmasına qarşı olan etirazlar uğur qazanmadıqda və etiraz potensialı hələ də reallaşmadıqda, "Gürcü Arzusu" partiyasının AB ilə danışıqları dayandırma qərarı, ilk baxışda məntiqsiz görünür.

Niyə belə bir vəziyyətdə qarşıdurma yaratmaq lazımdır? Bunun iki mümkün izahı var.

Birinci versiyaya görə, hökumət sadəcə Avropa Parlamentinin son qərarına (seçkilərin təkrarı və hakimiyyətin əsas üzvlərinə qarşı sanksiyalar tətbiq edilməsi) əsəbiləşib.

İkinci versiya isə, hakimiyyətin bu addımı ataraq, zorakılığa səbəb olmaq və vətəndaş cəmiyyəti, siyasi partiyalar və azadlıqları sıxışdırmaq məqsədi güdməsidir.

Bu arada, etirazçılar tədricən polisə qarşı müqavimət göstərməyi öyrənirlər, bu da polisin yanlış davranmaq imkanlarını məhdudlaşdırır.

Eyni zamanda polis də yeni vəziyyətə uyğunlaşmağa çalışır.

Ümumiyyətlə, dövlət aparatının çoxu hələ də hökuməti dəstəkləyir.

Bu o demək deyil ki, hökumət artıq dağılmağa başlayıb, amma eroziya artıq baş verir.

Təhlükəsizlik qüvvələrinə gəldikdə isə, bu sahədə yalnız tək-tək tətillər qeydə alınıb.

Hazırda Rustaveli prospektində olan polis və xüsusi təyinatlılar əsasən yeni işə qəbul edilən "tituşkalar"dır ki, onlar sürətli təlim keçərək Vaziani hərbi bazasında hazırlanıblar.

Bəzi şərhçilər deyirlər ki, bunları Rusiya təlimçiləri öyrədir, amma bu məlumatı nə təsdiqləyə, nə də təkzib edə bilərəm.

Polis məntəqələrində həbs edilən şəxslərin döyülməsi səbəbindən, həbsxanalarda onlara qəbul edilməkdən imtina edildiyi barədə məlumatlar var. Nəhayət, onları başqa təcridxanalara göndərməli və bəzilərini xəstəxanalara yerləşdirməli olublar.

Eyni vəziyyət orduda da müşahidə olunur, hansı ki, hərbi qulluqçular hökumətdən narazıdırlar.

Bunun sadə bir səbəbi var: orduda, faktiki olaraq, Rusiya tərəfdarı olanlar yoxdur.

Aydındır ki, ordu hökumətə sadiqdir, çünki o, təhlükəsizlik strukturudur. Lakin əgər hökumət sadə vətəndaşlara atəş açarsa, bu sadiqlik yox ola bilər.

Bir çox gürcülər inanır ki, əgər inqilab qalib gələcəksə, Rusiya müharibə başlayacaq. Lakin bu inanc məsələsi deyil, bilik məsələsidir.

Rusiya birbaşa hərbi hücuma hazır deyil. Həm də düşünürəm ki, Rusiyanın Gürcüstana göndərə biləcəyi əlavə hərbi qüvvələri yoxdur.

Qərb ölkələrinin mövqeyi bu məsələdə əsas rol oynayır.

Əgər Qərb bu seçkiləri tanıyarsa və "Gürcü Arzusu"na "sizin vəziyyətiniz pis olsa da, sizi olduğu kimi qəbul edirik" desə, etirazların inkişafına şərait yaranmayacaq.

Xüsusilə, dövlət aparatının Qərbin bu mövqeyini gördükdə, alternativ siyasi mərkəzə keçməyə hazır olub-olmaması şübhəlidir.

Etirazların katalizatoru 14 dekabrda keçiriləcək prezident seçkiləri ola bilər. Prezident Salome Zurabişvili alternativ hakimiyyət mərkəzi olaraq diqqət mərkəzinə çata bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->