Xəbər lenti

Ekonomiks 17:28 06.12.2024

"Grand Motors" vətəndaşlığı olmayan şəxsi işlədib?

"Grand Motors Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, buna səbəb ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar olub.

Belə ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması) protokol tərtib olunub.

Xatırladaq ki, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək, hüquqi şəxslər 15 min manatdan 20 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->