"Bu gün gənclərin ailə qurmasına mane olan ən vacib amil madiyyatdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub deyib.
Onun fikirincə, gənclər ailə qurmağa qorxurlar:
"Maddi gözləntilər çoxalıb. Gənclərin ailə qurmağa qorxularının arxasında madiyyat durur. Evim yoxdur, kirayə qala bilmərəm, kirayə pulunu necə və hardan verəcəm deyə ailə qurmaqdan çəkinirlər. Ən vacib məsələ evdir”.
Mail Yaqub bildirib ki, gənclərin ailə qurması üçün ikinci yol onların işlə təminatından keçir:
"İşim var, amma oradan aldığım maaş məni təmin edəcəkmi? Gənclərin ailə qurmasına mane olan üçüncü məsələ də var. Bu isə psixoloji-mənəvi qorxudur. Günü-gündən boşanmaların sayı çıxalır. Bu, yeni nikaha daxil olanlarda da qorxu yaradır. Onların hər biri "görəsən, yola gedə biləcəyik” qorxusunu yaşayır. Bu 3 ciddi məsələ nikaha daxil olanların qarşısında maneədir”.
Mail Yaqub hesab edir ki, gənclərin ailə qurması üçün bu problemlər aradan qaldırılmalıdır:
"Çünki əhalinin sayında uzun müddət azalma müşahidə ediləcək. Bunu araşdırmalar göstərir. Bu azalmanın qarşısı mütləq alınmalıdır”.
Bahar Rüstəmli
Şərhlər