Xəbər lenti

Gəncədə ictimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi
Ölkə 17:57 31.08.2024

Gəncədə ictimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri mübafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->