Bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" tarixi sənədli-bədii filminin qalası keçirilib.
Film orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.
Film tarixi gerçəklikləri əks etdirməklə yanaşı, ciddi oxucu kütləsinin marağına səbəb olub və sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Film həm də gənc aktyor Nihad Məmmədzadənin uğurlu debütü ilə diqqəti cəlb edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Nihad Məmmədzadə Qara Sunqurun oğlu Məhəmməd obrazını canlandırıb.
Məhəmmədin xalqına sevgisini, igidliyini, qorxmazlığını tamaşaçıya məharətlə ötürən gənc aktyor döyüş səhnələrindəki performansı ilə də yadda qalıb.
Onun Məhəmmədin dilindən səsləndirdiyi "Türkün qanı axdığı yer ona yurd olar" çağırışı da həmin dövrün tarixi mənzərəsini tam təsvir edib.
Müzakirələrdə bəzi tamaşaçılar həmin səhnəni real bir döyüş səhnəsi kimi də xarakterizə ediblər.
Çəkiliş prosesindən və qala gecəsindən foto və videoları təqdim edirik.
Şərhlər