Xəbər lenti

Gələcəyi oğurlanmış ölkə...
Aydın Səlimli
Dünya 13:04 17.09.2021

Gələcəyi oğurlanmış ölkə...

Aydın Səlimli 

Həftəsonu Rusiyada Duma seçkilərin keçirilməsi nəzərdə tutulur. Covid-19 pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərbələrdən Rusiya da ölkə olaraq yan ötməyib. Bu səbəbdən ümumi iqtisadi və sosial durum gərgin olaraq qalır. Bəziləri bunu Rusiya üçün 1905-ci illər  ərəfəsi kimi qələmə verir, hətta Rusiyada müxalifət liderinin qayıtmasını belə Leninin Almaniyadan tarixi qayıtma prosesinə bərabər tutanlar var, nə demək olar, fikirlər müxtəlifdir ancaq biz daha fərqli istiqamətdə fikir yürütmək istərdik.

Bəli, seçkilər yaxınlaşır, amma cidd rəylər göstərir ki, fors-majorları nəzərə almasaq, seçkilərin nəticəsində Rusiya hakimiyyətinin planlaşdırmadığı hər hansı ciddi dəyişikliyin baş verməsi gözlənilmir. Hətta təzad da odur ki, seçkiyə dəvət edən rəsmilər çıxışlarının bir qismində xalqı seçkiyə dəvət etsələr də, sonda bir çoxu bildirir ki, məqsədlərindən biri də bu seçkilərdə ictimaiyyətin fikirini öyrənməkdir. Bəlkə də artıq hansısa formada Rusiya siyasi maşını seçkini də sorğu aləti edib?

Rusiyanın idarəedilməsinə tarixi prizmadan baxsaq, bu elə bir ölkədir ki burda hər dövrü onu idarə edən şəxslərin adları ilə bağlayırlar.
Təhlillər göstərir ki, indiki dövrdə Rusiya ölkə olaraq, demək olar ki, silah istehsal eləmək və təbii sərvətləri ixrac etməkdən başqa nəzərə çarpan ciddi irəliləyiş əldə edə bilməyib. Vaxtı ilə xələfi olmuş keçmiş Sovet İttifaqı Qalaktika yarışı aparır, təbiət elmlərində yeni ixtiraları ilə seçilirdi. Ancaq son 20 ildə bunlar çox az baş verib və yaxud heç baş verməyib. Bu isə daha çox Rusiyanın siyasi prioritetlərindən qaynaqlanır. 

Bir çoxları əsas gətirir ki, qapalı rejim olan Sovet İttifaqını bu cür beynəlxalq yarışlarda iştirak zəiflətdi. Ona görə də Rusiyanın idarəetməsi müstəqllik dövründə əsasən bu yolu tutdu ki, Rusiya heç bir beynəlxalq  yarışa, soyuq müharibəyə daxil olmasın, hər hansı güc göstəricilərindən uzaqda dursun, nə qədər ki, bunlar Rusiya üçün təhdid formalaşdırmır. Bəli, yaxşı müdafiə olunmaq, mövcud idarəetməni saxlamaq Rusiyanın son oilliklərdə əsas prioritet siyasi məqsədlərindən biri olub.

Bu, elə bir mexanizmdir ki, Rusiyanı müəyyən müddət qoruya bilər, ancaq onu inkişaf etdirə bilməz.

Müdafiə anlayışı da müəyyən qədər mücərrəd anlayışdır. Sadə insanlar üçün təzyiqlərin hər hansı həddi var, əgər bu təzyiqlər həddən artıq çoxdursa, onlarnın bəziləri ya öz sahələrini dəyişirlər, ya da başqa yerlərdə özlərini realizə etmə imkanı axtarırlar və yaxud bir növ şəxsi talelərindən küsərək daha sakit bir həyat yaşamağı seçirlər. İnsanların da çoxunu qınamaq olmaz, axı nəzərə almaq lazımdır ki, hamıdan qəhraman olmağı gözləmək yanlışdır.
Təzyiqlərə tab gətirmək baxımından insan qrupları arasında ən dözümlü şəxslər əsasən hərbiçilər və bu cür xüsusi xidmət təşkilatlarının üzvləri olur. Məhz, buna görədir ki, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin "Amerika-Rusiya balanslı əlaqələr” dövrünü daha çox müdafiə keyfiyyətlərinə sahib, təzyiqlərə müqavimət göstərə biləcək idaretmə komandasına ötürdü.

Bu cür qrupların da nə qədər üstün cəhətləri olsa da, mənfi cəhətləri də var ki, onlar bir çox hallarda sadə insanların hiss və düşüncələrindən uzaq olurlar, bir növ gerçəklik hissini itirmiş olmaq demək olar buna. Ona görə də indiki durumda Rusiya rəhbərliyindən fərqli olaraq insanlar öz gələcəklərini seçki qutusunda axtarmırlar. Seçki qutusunda olan nəticələr Rusiyanın planlaşdırılmaq istənilən gələcəyidir. İnsanlar daha çox öz şəxsi gələcəkləri üzərində fikirləşirlər.

Bu gün Rusiyanın təhsilli qismi, aktivistlər və digər şəxslərə baxdıqda müşahidə eləmək olar ki,  bir çoxları ciddi mübarizə aparsalar da, istənilən halda onların gələcəyi Rusiya ilə bağlı deyil. Bu şəxslər bir növ yüksək istedadlı, özünü reallaşdıra bilməyən və təbiət etibarı ilə bu proseslərə qoşulan şəxslərdir və bir çoxları da yaxın gələcəkdə özlərini reallaşdıra biləcək ölkələrdə görə biləcəyik. Əlavə kimi qeyd edək ki, miqrasiya etmək proesesi gənc, təhsilli ruslar arasında xüsusi ilə Qərb ölkərinə çox dinamikdir.

Rusiyada hazırda aktivist olan və hərəkatlarda öndə gedən insanların hansısa formada dəyişikliyə nail olması elə də real görünmür. Misal üçün Aleksey Navalnı haqqında bəzi Qərb ölkələrinin tətqiqat mərkəzlərinin təhlillərində bildirilir ki, o, heç vaxt hakimiyyətə gələ bilməyəcək, ancaq gələcək Rusiyanı formalaşdıracaq.

Nəzərə almaq lazımdır ki, hakimiyyətin planlarına adekvat olaraq planlaşdırılan bu Rusiya daha çox daxili faktorların nəzərə alındığı Rusiya olacaq.
Xarici faktorların nəzər alındığı Rusiyanı isə bu gün Rusiya və onunla mübarizə aparan ölkələr formalaşdırmağa davam edir.

Məhz o yaxın gələcəkdə daxildəki Rusiyada dəyişikliklərə nail olmaq istəyən və hazırda formalaşan kontingent bugün orta məktəblərdə təhsil alan, universitetlərin aşağı kurslarında oxuyan gənclər, yeniyetmələrdir ki, onlar bir müddət sonra Rusiyanın gələcəyi üçün qollarını çırmalaya bilərlər. Bu yetişən nəsil təbiət etibarı ilə tamamilə fərqli ruslardır. Onlar texnologiya, internet ilə birgə böyüyüb, daha məlumatlı və daha sərbəstdirlər, həmçinin həyata baxış prizmaları da hakimiyyət düşərgəsindən tamamilə fərqlənir. İnanmırıq ki, indiki Rusiyadakı idarəetmə hər hansı formada onların istəklərinə cavab versin. Yəqin ki, elə bu nəsil Rusiyanın taleyini həll edə biləcək bir nəsil olacaq. Ancaq dediyimiz kimi, ilk öncə bu gənclər də əsas olaraq ya öz şəxsi gələcəklərini qurmaq haqqında fikirləşəcək, ya da öz gələcəklərini Rusiyanın gələcəyi ilə əlaqələndirəcəklər.

Son nəticədə isə bu təkana, bütün bu proseslərə Rusiyanın gələcəyinin olmağını istəyən və istəməyən bir çox xarici ölkələr qərar verəcək. Onlar Rusiyanın gələcəyini istəyirlərmi? Bu sual üzərində isə hələ bir qədər düşünmək olar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->