Finlandiya Saymen kanalının işi üzrə məsləhət şurası çərçivəsində Rusiya ilə qarşılıqlı əlaqəni dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyinin saytında məlumat
yayılıb.
Departamentdən aydınlıq gətirilib ki, məşvərət şurasının fəaliyyəti növbəti bildirişə qədər dayandırılıb. Nazirlik hökumət tərəfindən dəstəklənən müxtəlif qurumların rolunu öyrəndikdən sonra bu qərara gəlib.
Saymen kanalı Finlandiyadakı Sayma gölü ilə Baltik dənizi arasında bir gəmi kanalıdır. Kanal 1856-cı ildə açılıb, 1963-1968-ci illərdə yenidən qurulub. Onun uzunluğu 57 kilometrdən çoxdur. Rusiya 34 kilometr, Finlandiya 23 kilometrdən çox əraziyə sahibdir.
2024-cü il aprelin 15-dən Finlandiya tərəfi kanalda hərəkəti bağlayıb. İyunun 24-də Saymen kanalının Rusiya və Finlandiya komissarları gəmiçilik mövsümünü iyunun 24-dən dekabrın 31-dək açmaq qərarına gəliblər.
Alpər
Şərhlər