DİN Bakıda narkomanların məkanına çevrilən binanı nəzarətə götürüb (VİDEO/YENİLƏNİB)
Bakıda yerləşən Şəhərsalma, Memarlıq və Arxeologiya Abidələrinin Bərpası üzrə "Bərpaçı" Baş İdarəsinin binası xarabalığı xatırladır.
Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində yerləşən binada illər öncə mühüm qərarlar qəbul edilib, vacib sənədlər saxlanılıb.
Deyilənə görə, hazırda bina baxımsız qalıb və narkomanların məkanına çevrilib.
Verilən məlumata görə, sözügedən bina Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olub. 2000-ci ildə isə bu idarə sərəncam əsasında ləğv edilib.
Sakinlər iddia edirlər ki, bu boş məkan indi narkomanların məkanına çevrilib.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azər Nəsirov küçəsi 1 ünvanında yerləşən tikili özəl mülkdür. Sözügedən ünvanda təmir-bərpa işlərinin nə vaxt aparılacağı barədə isə məlumat əldə etmək mümkün olmayıb. Buna baxmayaraq, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktublar ünvanlanacaq.
***
DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarışısının alınması məqsədilə tərəfimizdən mütəmadi olaraq tədbirlər görülür:
"Qeyd edilən ünvanda da narkotik maddə istifadəçilərinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar və profilaktik tədbirlər keçirilib. Ərazi mütəmadi olaraq polis naryadları tərəfindən nəzarətdə saxlanılır".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər