Çin Ordusunun Birgə Logistika Dəstək Qüvvələrinin Çin hərbi heyəti Belarusa gəlib; tərəflər qoşunların logistik dəstəyi sahəsində əməkdaşlığı müzakirə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Belarus Respublikasının Müdafiə Nazirliyi Telegram-da məlumat
yayıb.
Çin nümayəndə heyəti iyulun 11-dən 13-dək Minskdə olacaq.
"Bu gün (11 iyul – red.) Belarus və Çin silahlı qüvvələrinin maddi-texniki təminatı sahəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə danışıqlar aparılıb, perspektivlər və qarşılıqlı fəaliyyətin yeni istiqamətləri müzakirə edilib”, - məlumatda deyilir.
Alpər
Şərhlər