2024-cü ilin sonuna qədər Türkiyədə inflyasiya 43%-ə qədər yavaşlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ekonomim” nəşri Beynəlxalq Valyuta Fondunun (BVF) son hesabatına istinadən yazıb.
Oktyabrın əvvəlinə Türkiyədə inflyasiya illik 49,38% təşkil edib. Bu rəqəm bir ildən artıq müddətdə ilk dəfə 50%-dən aşağı düşüb.
Analitiklərin proqnozlarına görə, hakimiyyət orqanlarının siyasətlərinin tədricən korreksiyası çərçivəsində Türkiyədə istehlak qiymətlərinin artım tempi azalmağa davam edəcək. 2025-ci ilin yekunlarına əsasən ölkədə inflyasiyanın 24%, 2026-cı ilin sonuna isə 17,2% olacağı gözlənilir.
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək 2002-ci ildən bəri ən yüksək həddə - mart ayından bəri illik 50% səviyyəsində saxlayıb. Tənzimləyici ölkədə baza inflyasiyasında əhəmiyyətli və davamlı eniş baş verənə qədər sərt pul siyasətini davam etdirmək niyyətindədir.
Aydın
Şərhlər