"Əslində, bu qərar çox gecikib”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlaması ilə bağlı qərarına aydınlıq gətirərkən deyib.
Ekspert Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı fəaliyyətinin aktiv olmadığını bildirib:
"Bu fondun 1990-2000-ci illlərin əvvəllərinə kimi Azərbaycanda fəaliyyəti aktiv idi. Beynəlxalq Valyuta Fondu müəyyən sahələr üzrə məsləhətlər verirdi, amma son illərdə onun fəaliyyəti hiss edilmirdi”.
Ekspertin fikirincə, Beynəlxaq Valyuta Fondunun nümayəndəliyinin bağlanması o demək deyil ki, Azərbaycan tərəfi bu fondla əməkdaşlığa son verəcək:
"İndiki dövrdə nəinki Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların, hətta dövlətlərin biri-birində səfirliklərin olması əvvəlki kimi aktual deyil. Hazırda onlayın əlaqələr mövcuddur. Nümayəndəliklər, səfirliklər köhnədən qalıb. Fəaliyyət onsuz da yoxdur”.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqqında qərar qəbul edib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir.
Bahar Rüstəmli
Şərhlər