Xəbər lenti

BVF ali üzvü fond missiyasının Rusiyaya göndərilməsinə qarşı çıxdı
Dünya 14:00 17.09.2024

BVF ali üzvü fond missiyasının Rusiyaya göndərilməsinə qarşı çıxdı

Estoniya Mərkəzi Bankının rəhbəri Beynəlxalq Valyuta Fondunun Ukraynanın işğalından sonra ilk dəfə Rusiya iqtisadiyyatının icmalının bərpası planını tənqid edən Avropa maliyyə nazirləri qrupuna qoşulub.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

Estoniyanın BVF İdarə Heyətindəki nümayəndəsi Madis Müller verdiyi yazılı açıqlamada "Beynəlxalq norma və razılaşmaları kobud şəkildə pozan təcavüzkar dövlət beynəlxalq qurumların təklif etdiyi güzəştlərdən pay almamalıdır” deyib.

Keçən həftə BVF Rusiya iqtisadiyyatının illik təhlilini bərpa etdiyini bildirib, çünki iqtisadi vəziyyət əvvəlkindən daha sabitdir. Maliyyə qurumu iddia edir ki, IV Maddə üzrə qiymətləndirmə kimi tanınan təhlil fond və onun üzvləri arasında "qarşılıqlı öhdəlikdir”.

Keçən həftə Aİ nümayəndələrinin görüşündə Fransa, Belçika və Polşa, eləcə də bir sıra Baltik və Şimali Avropa ölkələri BVF-nin qərarından təəccübləndiklərini bildiriblər.

Doqquz Baltik və Skandinaviya ölkəsi BVF-nin rəhbəri Kristalina Georgiyevaya məktub da göndərərək, Moskva ilə münasibətlərin normallaşmasına gətirib çıxaran risklər adlandırdıqları proseslə bağlı narahatlıqlarını ifadə ediblər.

Xatırladaq ki, BVF əməkdaşlarının sentyabrın 16-da Rusiya hakimiyyət orqanları ilə virtual müzakirələrə başlayacağını, daha sonra isə şəxsən müzakirələr üçün ölkəyə gedəcəyini bildirib. Bu səfər oktyabrın 1-nə planlaşdırılıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->