Astara rayonunda yerləşən Bulvarda it gəzdirən şəxsə hökm oxunub.
Qayanrinfo-nun məlumatına görə, 1968-ci ildə Astara şəhərində anadan olmuş Elvar Hüseynov (şərti) Bulvarda iti ilə gəzərkən, heyvan qəfildən Heydərli Eltunun üzərinə hücum çəkib.
Bu zaman onlar arasında mübahisə düşüb və Elvar Eltunu söyüb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 30 manat məbləğdə cərimə edilib.
Əhməd
Şərhlər