Londonun ICE birjasında "Brent” markalı neftin qiyməti bu il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 71 ABŞ dollarından aşağı düşüb.
Bunu sövdələşmə məlumatları göstərir.
Axşam ticarəti zamanı "Brent” markalı neftin fyuçersləri enişini sürətləndirərək bir barel üçün 70,91 dollara (-1,64 %) satılıb.
WTI markalı xam neftin yanvar fyuçerslərinin qiyməti isə 1,82 % azalaraq 67,06 dollar/barelə bərabər olub.
Şərhlər