Xəbər lenti

Baş nazir:
Dünya 22:17 05.12.2023

Baş nazir: "Maya Sanduya qarşı hibrid müharibə gedir"

Rumıniyanın baş naziri Marsel Çolaku Vaşinqtonda ABŞ dövlət katibi Antoni Elinkenlə görüşdə Moldovanı xatırlamağa çağırıb və bu ölkəni Ukraynadan sonra Avropanın ən həssas ölkəsi adlandırıb. 

Qaynarinfo "NewsMaker"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Moldovada prezident Maya Sanduya qarşı hibrid müharibə gedir. 

Görüş zamanı Çolaku Blinkendən Rumıniya ilə tərəfdaşlıqdan başqa Moldovanı həmişə xatırlamağı xahiş edib.

"Bu, silahlı münaqişənin olduğu Ukraynadan sonra Avropanın ən həssas ölkəsidir. Moldovada isə prezident Maya Sanduya və demokratik hökumətə qarşı qarşıdurma və hibrid müharibə gedir", deyə Marsel Çolaku bildirib.

Qeyd edək ki, 2020-ci ildə Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezidenti olub. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdə parlamentdə çoxluq qazanaraq, Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirə bilib. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->