Xəbər lenti

Bank Avrasiyanın faiz xərcləri 21%-dən çox artdı
Ekonomiks 13:22 24.10.2025

Bank Avrasiyanın faiz xərcləri 21%-dən çox artdı

Cari ilin 3-cü rübündə Bank Avrasiyanın faiz gəlirləri 12 milyon 205 min manat təşkil edib. 

Valyuta.az xəbər verir ki, Bank Avrasiyanın faiz gəlirləri 1 milyon 11 min manat və ya 9,03% artıb. 

Belə ki, ötən ilin eyni dövründə bankın faiz gəlirləri 11 milyon 193 min manat olub. 

Hesabata görə, bu gəlirlərin əsasını 10 milyon 85 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 

Bankın faiz xərclərində də 106,77 min manat və ya 6,28% artım olub. Cari ilin 3-cü rübündə xərclər 1 milyon 805 min manat təşkil edərkən, ötən ilin müvafiq dövründə bu xərclər 1 milyon 698 min manat olub.  

"Bank Avrasiyanın xalis faiz gəliri cari il üçün 9 milyon 121 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 336,44 min manat və ya 3,82% artım deməkdir.  Hesabata görə, ötən ilin eyni dövründə isə bankın xalis faiz gəlirləri 8 milyon 784 min manat olub."

Bank Avrasiyanın qeyri-faiz gəlirləri isə 2 milyon 228 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 368,49 min manat və ya 19,80% artım olub. Belə ki, ötən ilin eyni dövründə bu hesab 1 milyon 860 min manat olub.

Bankın qeyri-faiz xərcləri isə 7 milyon 266 min manat təşkil edib. Bu, illik müqayisədə 1 milyon 269 min manat  və ya 21,16% artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə bu hesabat üzrə xərclər milyon 996 min manat olub.   

Bankın əməliyyat mənfəətində isə 564,39 min manat və ya 12,14% azalma olub. Cari ilin 3-cü rübündə bankın əməliyyat mənfəəti 4 milyon 83 min manat olub. Ötən ilin eyni dövründə isə bu hesabat 4 milyon 648 min manat təşkil edib. 

Qeyd edək ki, Bank Avrasiya mənfəət vergisini nə cari ilin 3-cü rübündə, nə də ötən ilin eyni dövründə ödəməyib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->