Xəbər lenti

Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı
Ekonomiks 13:59 19.09.2024

Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı

"Azərbaycan özünü təmin edəcək həcmdə kərə yağı istehsal edə bilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanda kərə yağının qiymətinin qalxmasının səbəblərini izah edərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycana xaricdən gətirilən yağlar monopolistlər tərəfindən həyata keçirildiyi üçün ölkə daxilində çox yüksək qiymətə satılır:

"Onu da deyim ki, yağları Azərbaycanda qablaşdıranda tərkibinə qatqılar qatırlar. Bunun üçün də yağların keyfiyəti aşağıdır. Azərbaycanda kəskin yağ problemi var. Yağ istehsalı üçün biz bu gün kifayət qədər süd istehsal etmirik. Kərə yağı təzə süddən əldə edilir. Azərbaycanda isə süd istehsalı qaydasına qoyulmayıb. Əgər Avropa ölkələrində hər inəkdən il ərzində 9 ton məhsul ədə edirlərsə, Azərbaycanda bu 1,8 ton  olur. Görün, bu neçə dəfə azdır. Azərbaycanda istehsal olunan südün  maya dəyəri çox yüksəkdir. Bu, onunla bağlıdır ki, yem bazamız zəifdir, heyvanların cins tərkibini dəyişə bilmədilər. Yəni daha məhsuldar heyvanlarla əvəz edə bilmədilər. Heyvanlara qulluq bizdə olduqca aşağıdır”.
 


Ekspert Avropa ölkələrində heyvanlara qulluq qaydasının yüksək səviyyədə oldğunu qeyd edib:

"Bu bizdə aşağı olduğundan məhsulun maya dəyəri və satış qiyməti də yüksək olur.  Ona görə də bizdə süd baha başa gəlir. Əslində Azərbaycan kərə yağını idxal edir. Xammal kimi ölkəyə gətirir və burada qablaşdırır. Bundan əlavə də çox yüksək qiymətə istehlakçılara təklif edir. Qonşu ölkələrlə müqayisədə biz görürük ki, kərə yağının qiyməti bizdə 30%-ə kimi yüksəkdir, bəzi hallarda bu rəqəm 50%-i keçir”.

Vahid Məhərrəmov bu sahədə monopoliyanın olduğunu da gizlətməyib:

"Monopolistlər çalışır ki, az mal gətirib, çox pul qazansınlar. Bu ilin 8 ayında Azərbaycana gətirilən kərə yağının idxal dəyəri də artıb”.

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->