Xəbər lenti

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlarını yenidən təxirə saldı
Ekonomiks 12:35 21.05.2026

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlarını yenidən təxirə saldı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

Bu barədə Qaynarinfo-ya AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

--> -->