Xəbər lenti

Avrokuboklarda püşk zamanı: Hansı dəyişikliklər edilib və təqvim necə olacaq?
İdman 15:18 29.08.2024

Avrokuboklarda püşk zamanı: Hansı dəyişikliklər edilib və təqvim necə olacaq?

Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15.00-da start götürəcək və "Qarabağ"ın rəqibləri də müəyyənləşəcək.

Qaynarinfo püşkatmadan əvvəl turnirlərdəki dəyişikliklərlə bağlı məlumatları təqdim edir.

Nə dəyişib?

Çempionlar Liqası və Avropa Liqasının birinci mərhələsi

Birinci və əsas dəyişiklik ondan ibarətdir ki, artıq klublar qruplara bölünmür. İndi final mərhələsində "vahid liqa" formatında mübarizə aparacaq 36 komanda (əvvəllər 32 idi) iştirak edəcək. 

Püşkatma başlamazdan əvvəl bütün klublar fərdi klub əmsalı əsasında formalaşacaq 4 səbətə bölünəcəklər (istisna yalnız UEFA Çempionlar Liqası titulunun sahibi aiddir, çempion həmişə birinci səbətin ilk sırasında yerləşəcək).

İstənilən komanda bu mərhələdə 8 fərqli komandaya (hər səbətdən 2 klub) qarşı 8 oyun keçirəcək. Klubun hansı matçları evdə, hansının səfərdə keçirilməsi püşkatmanın nəticəsinə əsasında müəyyənləşəcək. Paylanma səbət üzrə olacaq, yəni eyni səbətdən olan rəqiblərə qarşı iki oyundan yalnız biri evdə olacaq.

Liqa mərhələsində komandalar öz ölkələrindən olan rəqiblərlə qarşılaşa bilməz və eyni ölkədən maksimum iki komanda ilə oyun keçirə bilər.

Konfrans Liqasını birinci mərhələsi

Artıq başa düşdüyünüz kimi, Konfrans Liqasında vahid liqanın formatı bir qədər fərqli olacaq. Burada 6 səbət və eyni sayda matç olacaq. Hər klub hər səbətdən olan rəqibə qarşı 1 oyun keçirəcək. Amma daha sonra hər üç turnir eyni sistemlə davam edəcək. 

Pley-off mərhələsinə yüksəlmə

Komandalar vahid liqada mübarizə aparacağından pley-off mərhələsinə vəsiqə qaydaları əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Liqada 1-8-ci yerləri tutan komandalar birbaşa pley-off mərhələsinə vəsiqəni təmin edir. 9-24-cü sıralarda yerləşən klublar əlavə mərhələ (şərti olaraq 1/16 final) keçməli olacaqlar.  

Bu mərhələdə 9-16-cı yerləri tutan klublar səpələnmişlər, 17-24-cü yerləri tutan klublar isə səpələnməmişlər səbəbətində yer alacaqlar. Eyni ələmə sistemi 1/8 finalda da tətbiq olunacaq. Burada 1-8 pillələrin sahibləri səpələnmişlər, şərti olaraq 1/16 finaldan gələn komandalar isə səpələnməmişlər səbətinə bölünəcəklər. Səpələnmişlər cavab görüşlərini evdə keçirəcəklər.

Komanda pley-offa çıxmasa, nə olacaq?

Avrokubokların yeni qaydalarına görə, əvvəlki formatdan fərqli olaraq Çempionlar Liqasından Avropa Liqasına və Avropa Liqasından Konfrans Liqasına düşmək mümkün deyil. Əgər komanda turnirin pley-off mərhələsinə keçə bilmirsə, yarış həmin komanda üçün başa çatır.

Oyunların təqvimi necə olacaq?

İndi komandalar altı deyil, səkkiz oyun keçirəcəyindən Çempionlar Liqası və Avropa Liqasının son 2 turu yanvarda baş tutacaq (bu, Konfrans Liqasına aid edilmir, orada 6 tur olacaq).

Hər bir turnirin bir eksklüziv oyun həftəsi də olacaq. Yəni, standart paylanma əvəzinə (Çempionlar Liqası - çərşənbə axşamı və çərşənbə günləri, Avropa Liqası və Konfrans Liqası - cümə axşamı günü) matçlar fərqli təqvim üzrə keçiriləcək: Çempionlar Liqasının oyunları çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri keçiriləcək. Avropa Liqası - çərşənbə və cümə axşamı, Konfrans Liqası - cümə axşamı. Eksklüziv həftə o deməkdir ki, həmin həftədə yalnız bir turnirin matçlar baş tutacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->