Xəbər lenti

Arıqlamaq istəyərkən edilən ən böyük səhv nədir? (AÇIQLAMA)
Sağlamlıq 13:57 07.03.2025

Arıqlamaq istəyərkən edilən ən böyük səhv nədir? (AÇIQLAMA)

"Bizim əhaliyyə tövsiyyəmiz var. Arıqlamaq sadə bir proses deyil, bu, orqanizmi ekstramal duruma salan hadisədir. Bu proses peşəkarcasına aparılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla bir ay müddətində zəncəfilli qatıq içərək 36 kilo çəki itirən kişinin ölüm səbəblərindən danışarkən deyib. 

Professor bildirib ki, arıqlamaq üçün nəzərdə tutulan məhsullar, eləcə də zəncəfilli qatıq mütləq peşəkar dietoloq tərəfindən təyin edilməlidir:

"Bu gün Azərbaycanda baza tibb təhsilli peşəkar dietoloqlar var. Düzdür, ölkədə dietoloqlar çoxdur, onların böyük əksəriyyəti sənətinə uyğun deyil. Bir də var baza tibb təhsilli dietoloqlar. Onların xidmətindən istifadə etmək lazımdır. Özbaşına arıqlamaq düzgün deyil. Arıqlamaq üçün ilk öncə kökəlməyə səbəb olan faktorlar araşdırılmalıdır. Ekstremal arıqlamalar, yəni arıqlama pəhrizi orqanizmi ekstremal duruma salır”. 
 

Professorun sözlərinə görə, kifayət qədər çəki itirəndən sonra bəzən orqanizmdə geridönməz proseslər baş verə bilər:

"Çünkü orqanizmə doymamış yağı turşuları, əvəzolunmaz amin turşular, mikroelementlər xaricdən qəbul edilməlidir və pərhizə oturarkən, arıqlama prosesinə gedərkən mütləq bu maddələr orqanizmə qəbul edilməlidir. Amma təəssüflər olsun özbaşına arıqlamalarda bunlardan istifadə olunmur. Proses tədricən pozulur”. 

Professor hesab edir ki, bu vəziyyətdə ölümün birbaşa səbəbi müəyyən edilməlidir:

"Ola bilər ki, qıcıqlanmış bağırsaq sindromu zəncəfilin özündən də baş verə bilər. Amma bu bir başa ölümün səbəbi deyil. Hər halda məhkəmə tibbi ekspertizasının rəyi olmalıdır ki, bu ölümə qiymət vermək mümkün olsun”. 

Qeyd edək ki, Siyəzəndə arıqlamaq üçün zəncəfilli qatıq içən kişi həyatını itirib. Seymur Səmədov bu üsulla 1 ay müddətində 36 kq çəki itirib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->