Xəbər lenti

Ekonomiks 16:09 25.12.2025

"Araz Akademiyası"nın "Mağaza idarəçiliyi" proqramının növbəti məzunlarına diplomlar təqdim olunub

"Araz” supermarketlər şəbəkəsinin nəzdində fəaliyyət göstərən "Araz Akademiyası”nın ilk tədris proqramı olan "Mağaza idarəçiliyi” proqramını uğurla tamamlayan əməkdaşlara diplomların təqdimetmə mərasimi keçirilib. 

Tədbir çərçivəsində ümumilikdə 125 nəfər əməkdaş diplomla təltif olunub. Onlardan 47 nəfəri baş satıcı–baş kassir, 55 nəfəri administrator, 21 nəfəri mağaza müdiri, 2 nəfəri isə ofis əməkdaşıdır.

"Mağaza idarəçiliyi” proqramının budəfəki 5-ci məzunlarının diplomları şirkətin rəhbər şəxsləri tərəfindən təqdim edilib. Rəhbərlik çıxışlarında əməkdaşların peşəkar inkişafına verilən önəmi vurğulayıb, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, "Mağaza idarəçiliyi” proqramının əsas məqsədi karyera yüksəlişinə nail olmağı hədəfləyən əməkdaşların peşəkar inkişafını təmin etmək, eyni zamanda mağaza idarəetmə heyəti üzrə ehtiyat kadr bazasını formalaşdırmaqdır. Proqram çərçivəsində seçilmiş mağaza əməkdaşları baş satıcı, baş kassir, administrator və mağaza müdiri vəzifələri üzrə tam hazırlıq mərhələsindən keçirlər. Proqrama namizədlər hazırda satıcı, kassir, administrator, mal qəbulçusu və digər vəzifələrdə çalışan əməkdaşlar arasından seçilir.

Xatırladaq ki, "Araz Akademiyası” 2024-cü ildə "Araz” supermarketlər şəbəkəsinin nəzdində təsis edilib. Akademiyanın ilk tədris proqramı olan "Mağaza idarəçiliyi” isə 2025-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.

İndiyədək "Mağaza idarəçiliyi” proqramında ümumilikdə 663 nəfər əməkdaş iştirak edib. Onlardan 348 nəfər proqramı uğurla tamamlayıb. Uğurlu məzunların 254 nəfəri artıq müvafiq vəzifələrə təyin olunaraq fəaliyyətini yeni statusda davam etdirir.

Qeyd edək ki, "Araz Akademiyası”nın əsas üstünlüklərindən biri burada fəaliyyət göstərən ikinci nəsil təlimçilərdir. Akademiyanın təlimçi heyəti şirkət daxilində karyera qurmuş, biznes proseslərini dərindən bilən və beynəlxalq standartlara uyğun yeni nəsil kadrların hazırlanmasına töhfə verən peşəkar əməkdaş və rəhbərlərdən ibarətdir.

--> -->