Xəbər lenti

Amerikalıların çoxu Ukraynanın müharibəni uduzacağına inanır (SORĞU)
Dünya 14:52 06.12.2024

Amerikalıların çoxu Ukraynanın müharibəni uduzacağına inanır (SORĞU)

Ronald Reyqan institutu tərəfindən aparılan sorğuya əsasən, Rusiya ilə Ukrayna arasında gedən müharibə və onun mümkün nəticəsi haqqında müzakirələr amerikalıların ictimai rəyini iki yerə bölüb. Bunu sorğunun nəticələri göstərir.

Qaynarinfo xəbər verir ki, bunu Eurointegration.com.ua sorğudan əldə edilən məlumatlara istinadla yazır.

Sorğuya cavab verənlərin 41%-i hesab edir ki, hazırda Rusiya müharibədə qalib gəlir, bu yanaşma xüsusilə Donald Trampın seçiciləri arasında 45%-lik daha yüksək faizlə yayılıb.

Sadəcə 24%-i Ukraynanın qalib gəldiyini düşünür, Kamala Harrisin seçiciləri (29%) Trampın seçicilərinə (21%) nisbətən daha optimistdirlər.

Bundan əlavə, 22% heç bir tərəfin qalib gəlmədiyini düşünür.

Müharibənin nəticəsi ilə bağlı gözləntilər də fərqlidir: 33%-i Rusiya Ukraynanın bir hissəsini işğal edəcəyini proqnozlaşdırır, 26%-i isə müharibənin qeyri-müəyyən müddətə uzanacağını düşünür.

Sadəcə 17% Ukraynanın Rusiyanı öz ərazisindən tamamilə çıxaracağına inanır. Daha az sayda respondent (14%) Rusiyanın Ukraynanın bütün ərazilərini işğal edəcəyini düşünür.

Eyni zamanda, sorğuda iştirak edənlərin əksəriyyəti (59%) hesab edir ki, Ukrayna sülh danışıqlarına başlayacaq, hətta bu məqsədlə Rusiyaya ərazi verilməsi lazım olsa da. Bu yanaşmanı həm Trampın seçiciləri (63%), həm də Harrisin seçiciləri (55%) dəstəkləyir.

Bu müharibənin daha geniş nəticələrinə dair narahatlıqlar da yüksək qalır: 78%-i bu müharibənin NATO ölkələrinə yayılmasından narahatdır, 75%-i isə bunun digər avtoritar rejimləri demokratik qonşu ölkələrə müdaxilə etməyə təşviq edəcəyini düşünür.

Qeyd edək ki, son həftələrdə, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra, Qərbdə Rusiya-Ukrayna müharibəsinin müəyyən bir "həlli" barədə daha çox danışılır. Macarıstan xarici işlər naziri Peter Siyarto bildirir ki, Donald Trampın ABŞ-da prezident seçilməsi ilə, Rusiya-Ukrayna müharibəsinin başa çatması "heç vaxt bu qədər yaxın görünməyib".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->