Xəbər lenti

Aİ Rusiya və Çin münasibətləri ilə bağlı mühüm xəbərdarlıq etdi
Dünya 14:32 01.06.2025

Aİ Rusiya və Çin münasibətləri ilə bağlı mühüm xəbərdarlıq etdi

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya və Çin arasındakı əlaqələrin möhkəmlənməsi ilə bağlı narahatlığını ifadə edib. 

Qaynarinfo xəbər verir ki, o, Şimali Koreya hərbçilərinin Ukraynada iştirakı fonunda bu əlaqələrin dünya üçün ciddi siqnal olduğunu bildirib.

"Çin və Rusiya birgə liderlikdən danışanda, bu, son 100 ildə görünməmiş dəyişikliklər və qlobal təhlükəsizlik nizamının yenidən nəzərdən keçirilməsi deməkdir. Biz hamımız son dərəcə narahat olmalıyıq", deyə Kallas Sinqapurda keçirilən Şanqri-La dialoqu adlı qlobal təhlükəsizlik konfransında çıxışı zamanı bildirib. 

O qeyd edib ki, Avropa və Asiyanın təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır və beynəlxalq hüququ qorumaq vacibdir ki, ən pis ssenari baş verməsin.
"Bu, xüsusilə də kiçik dövlətləri qoruyan bir çətirdir", deyə Kallas vurğulayıb.

ABŞ müdafiə naziri Pit Heqset Çin tərəfindən artan hərbi və iqtisadi təzyiqlərlə bağlı xəbərdarlıq edib. O bildirib ki, Çinin Tayvana hərbi müdaxiləsi "qaçılmaz ola bilər" və buna görə də Amerika müttəfiqləri İndo-Sakit okean regionunda müdafiə xərclərini artırmalıdır.

Heqset eyni zamanda Avropa ölkələrinin də bu bölgədə iştiraklarını gücləndirməsini arzuladığını, bunun Çini cilovlamaq baxımından "faydalı" olacağını qeyd edib. Lakin o əlavə edib ki, avropalılar ilk növbədə öz qitələrindəki təhlükəsizlik barədə düşünməlidirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->