Xəbər lenti

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi kimdir?
Siyasət 17:30 17.07.2024

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi kimdir?

Avropa İttifaqının siyasət və təhlükəsizlik Komissiyası Maqdalena Qrononun Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib. Bu vəzifədə o, Toyvo Klaarı əvəz edəcək. 

Qaynarinfo xəbər verir ki, çexiyalı diplomat Maqdalena Qrono 10 il ərzində Cənubi Qafqazda münaqişələr və dövlət idarəçiliyi problemləri ilə məşğul olub. O, Beynəlxalq Böhran Qrupunun Avropa və Orta Asiya Proqramının direktoru vəzifəsini tutub.  

Onun 2018-ci ilin yanvar ayında dərc etdiyi "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsi Azərbaycanda birmənalı qarşılanmayıb.

Dana sonra Maqdalena Qrono Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xarici siyasət üzrə aparıcı müşaviri vəzifəsində çalışıb. 

Prezident Mişelin rəhbərliyi altında Maqdalena Qrono digər müşavir Simon Mordyu ilə birlikdə 2003-cü ilin sentyabr ayında Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın, Fransa prezidenti Makron və Almaniya kansleri Şoltsun diplomatik müşavirləri Emmanuel Bonn və Yens Plotnerin, eləcə də Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın görüşündə ev sahibi kimi çıxış ediblər. 

2024-cü ilin may ayının 1-də Qrono Şarl Mişelin Baş diplomatik müşaviri təyin edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->