Xəbər lenti

Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Dünya 11:35 03.02.2025

Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bazar günü axşam Tiflisdə Avropayönlü etirazçıların  saxlanılmasını pisləyib.  

Qaynarinfo xəbər verir ki, Kallas bu barədə X (Twitter) hesabında açıqlama yayıb.  

O, Aİ adından "azadlıq və demokratiya uğrunda mübarizə aparan Gürcüstan cəmiyyəti ilə həmrəyliyini" ifadə edib.  

"Tiflisdə bu axşam dinc etirazçılara, jurnalistlərə və siyasətçilərə qarşı sərt hərəkətlər qəbuledilməzdir. Gürcüstan hazırda Aİ-yə namizəd ölkə kimi gözləntilərə qətiyyən cavab vermir", – deyə Kallas bildirib.  

Bazar günü axşam saatlarında Tiflisdə 30-dan çox insan, o cümlədən bəzi müxalifət liderləri saxlanılıb. Onlardan biri – Nika Meliya sonradan sərbəst buraxılıb.  

Mətbuata saxlanılan şəxslərin döyülməsini əks etdirən görüntülər yayılıb.  

Xatırladaq ki, ötən həftə Avropa İttifaqı Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırıb. Bu qərarın daha çox simvolik xarakter daşıdığı bildirilir, çünki gürcü məmurların diplomatik pasportları ilə yanaşı, adi pasportları da var və adi pasportlarla vizasız rejim qüvvədə qalacaq.  

Gürcüstanın xarici işlər naziri bu qərarı tənqid edib, parlamentin spikeri isə Aİ-ni "ikiüzlülükdə" ittiham edib.  

Bundan əlavə, ötən həftə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda "demokratik geriləmə səbəbi"ndən gürcü nümayəndə heyətinin təşkilatda fəaliyyətinə məhdudiyyətlər tətbiq edib, "yeni seçkilərin keçirilməsini və siyasi məhbusların azad olunması"nı tələb edib. Bununla belə, Gürcüstanda müxalifətin olmadığı yeni parlamentin tanınması müvəqqəti də olsa təsdiqlənib.  

Hakim partiyanın gürcü parlamentariləri Gürcüstanın AŞPA-dakı nümayəndələrinin qurumu tərk etdiyini elan edərək, "şantajın dayandırılmasını gözləyəcəklərini" bildiriblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->