Xəbər lenti

ABŞ Ukraynaya veriləcək F-16 qırıcılarını müasir silahlarla təchiz edəcək - WSJ
Dünya 19:00 30.07.2024

ABŞ Ukraynaya veriləcək F-16 qırıcılarını müasir silahlarla təchiz edəcək - WSJ

ABŞ Ukraynaya veriləcək onlarla F-16 döyüş təyyarəsini Amerika istehsalı olan raketlər və digər müasir silahlarla təchiz etməyə razılaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal”ın materialında deyilir.

Nəşrə müsahibə verən ABŞ rəsmisi bildirib ki, Pentaqonun məhdud ehtiyatları və istehsal imkanlarına baxmayaraq, o, Ukraynanın ən təcili ehtiyaclarını ödəmək məqsədilə F-16 qırıcılarını kifayət qədər sayda "hava-yer” sinifli döyüş sursatı, dəqiq bomba yönəldici dəstləri və təkmil "hava-hava” raketləri ilə təmin edəcək 

"Əminik ki, bütün bunları (silahları), ən azı onların ehtiyac duyduğu kritik həcmləri təmin edə biləcəyik”, - rəsmi bildirib. 

Qeyd olunur ki, söhbət F-16 üçün açağıdakı silahlardan gedir:

* AGM-88 HARM "hava-yer” raketləri;
* İdarə olunmayan bombaları "ağıllı” silahlara çevirən Joint Direct Attack Munition dəstlərinin versiyaları;
* Yaxın məhv radiusunda partlayan kiçik diametrli bombalar;
* Müasir AMRAAM orta mənzilli "hava-hava” raketləri;
* Təyyarələr üçün AIM-9X qısa mənzilli "hava-hava” raketləri.

"Silahsız təyyarənin özü də dəyərsizdir”, - Norveç Kral Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Rolf Volland deyib. 

Birləşmiş Ştatlar və müttəfiqləri təhlükəsizlik səbəbi ilə təyyarələrin və onlar üçün silahların konkret verilmə tarixini açıqlamaqdan imtina ediblər.

Təyyarələrə texniki qulluq və pilot hazırlığına gəlincə, WSJ-nin həmsöhbətlərindən biri bildirib ki, əksər təmir işləri ABŞ-da deyil, döyüş zonasına yaxın ərazidə aparıla bilər, lakin zaman keçdikcə Ukraynanın özünün təmir gücünə ehtiyacı olacaq.

Pilotların təlimi və texniki xidməti həyata keçirildikdən sonra, xüsusən də ukraynalı pilotların sovet reaktiv təyyarələrini idarə etməyə öyrəşdiyinə görə, təyyarənin döyüşdə istifadəsi ilə bağlı hələ də şübhələr var.

Digər həmsöhbət qeyd edib ki, bir qayda olaraq, Danimarkada F-16 pilotunun təliminə adətən dörd ildən çox vaxt tələb olunur, ukraynalı pilotlara isə cəmi bir il vaxt lazımdır.

Bundan əlavə, F-16-ların Rusiya qüvvələrinə qarşı necə istifadə ediləcəyi də bəlli deyil.

ABŞ rəsmisi bildirib ki, Vaşinqton təqdim olunan silahların digər silah növləri kimi Rusiya ərazisinə zərbə endirmək üçün istifadəsini məhdudlaşdıracaq. Beləliklə, Kiyevə Rusiya ərazisində onlardan yalnız hücumlara cavab olaraq istifadə etməyə icazə veriləcək.

O əlavə edib ki, Ukrayna sərhədə yaxın uçmaq və Rusiya ərazisinə zərbə endirmək üçün qırıcılardan istifadə etmək istəyir, lakin Rusiyanın "yer-hava” raketlərinin təhlükəsi səbəbindən bu taktika indiki şəraitdə real deyil.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->