1994-cü ildə Novo-Oqarevoda Amerika prezidenti Bill Klintonla görüşdə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin bəyan edib ki, NATO-nun genişlənməsi halında Alyansa birinci Rusiya qoşulmalıdır.
Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, məxfilikdən çıxarılan stenoqrama görə, Yeltsin beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ, Rusiya və Avropa ölkələrinin daxil olduğu kartel yaratmağı təklif edib.
Yeltsinin fikrincə, Rusiyadan sonra Mərkəzi və Şərqi Avropanın digər ölkələri də izləməli idi. Bununla belə, Bill Klintonun bu təklifə cavabı çox təmkinli olub və ölkələrin birliyinin yaradılması və ya Rusiyanın NATO-ya üzvlüyü ideyasını qeyd etməyib.
Aydın
Şərhlər