Xəbər lenti

Ekonomiks 11:26 27.12.2024

"2025-ci ildə devalvasiya olmayacaq" (AÇIQLAMA)

"2025-ci ildə Azərbaycanda devalvasiya olmayacaq”. 

Bunu Qaynarinfo-ya  açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Mərkəzi Bankın sədrinin iqtisadçılarla görüşündən danışarkən deyib. 

Ekspert bunun üçün əsasların olduğunu qeyd edib:
 


"Valyuta ehtiyyatlarımız, büdcəmiz və sair faktorlar belə deməyə əsas verir. Hətta neftin qiyməti gələn il xeyli aşağı düşsə də yenə valyuta ehtiyyatları hesabına manatın məzənnəsini sabit saxlamaq mümkün olacaq. Dünənki görüşdə həm Mərkəzi Bankın sədri, həm hökumət üzvlərinin çıxışlarından belə bir planın olmadığı aydın oldu. Bunun verəcəyi mənfi nəticələri hamı başa düşür”. 

Xatırladaq ki, Mərkəzi Bankın sədri Taleh Kazımov 12 iqtisadçı ilə görüşüb. 3 saatdan çox davam edən görüşdə Azərbaycanın pul siyasəti, faizlər, milli valyuta, kreditlər, kartlardan oğurlanan vəsait, kredit təşkilatlarına nəzarət, lombardlar, ləğv prosesində olan banklar və digər məsələlər ətrafında geniş müzakirə olunub.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->