Xəbər lenti

105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı:
Dünya 21:43 23.10.2024

105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı: "Pivə və evlənməmək" (FOTO)

İngiltərədən olan 105 yaşlı qadın uzunömürlülüyünün sirrindən danışıb.

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir. 

Ketlin Henninqs 105 yaşını dostları və qayğı evinin işçilərinin əhatəsində, sevimli "Ginnes" pivəsini içərək qeyd edib. 1919-cu ildə Londonda anadan olmuş britaniyalı qadın uzunömürlülüyünün sirrini açıb.

"Ginnes" pivəsi iç və evlənmə", deyə Ketlin məsləhət görüb.

Qadın bildirib ki, bu içkiyə olan sevgi onu 18 yaşında pivə ilə tanış edən valideynlərindən miras alıb. 105 illik yubileyi şərəfinə "Ginnes" Ketlinə fərdi hədiyyə səbəti və təbii ki, bir qutu pivə hədiyyə edib.

"Unudulmaz anlar yaratmaq bizim məqsədimizdir və biz sevinci Ketlinlə bölüşən hər kəsi görməyə şadıq", deyə bayramın təşkilatçıları qeyd ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->