Xəbər lenti

Zahid Oruc 12 ton su alır
Ekonomiks 18:06 15.02.2023

Zahid Oruc 12 ton su alır

Sosial Tədqiqatlar Mərkəzi (STM) "İntellekt M.A” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 5 200.26 AZN təşkil edən müqavilədə içməli suyun alınması nəzərdə tutulur. 

Müqavilənin şərtlərindən məlum olur ki, STM şirkətdə 460 ədəd 19 litrlik içməli su, 1600 ədəd 0.5 litrlik plastik qabda qazsız su, 1600 ədəd 0.5 litrlik plastik qabda qazlı su, 1600 ədəd 0.5 litrlik şüşə qabda qazsız su və 1600 ədəd 0.5 litrlik şüşə qabda qazlı su almağı planlaşdırır. Beləliklə, məlum olur ki, STM ümumilikdə 11 940 litr, yəni 12 tona yaxın su alacaq. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "İntellekt M.A” MMC 15 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Abdullayev Sadiq Müşfiq oğludur. 

Açıq mənbələrdə şirkət barəsində məlumatlar məhduddur. 

Lakin dövlət satınalmalarının vahid internet portalında dərc edilən satınalma müsabiqələrinin nəticələrini nəzərdən keçirdikdə məlum olur ki, "İntellek M.A” MMC əsasən ofis ləvazimatlarının satışını həyata keçirir. 

STM 8 fevral 2019-cu il tarixdə yaradılıb. Prezidentin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə deputat Zahid Oruc STM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->