Xəbər lenti

Yunan polisi ailə dəyərlərinin müdafiəsi üçün parad keçirməyi qadağan etdi
Dünya 14:50 06.07.2024

Yunan polisi ailə dəyərlərinin müdafiəsi üçün parad keçirməyi qadağan etdi

Yunan polisi ənənəvi ailə dəyərlərinin müdafiəsi üçün şənbə günü Afinanın cənubundakı Paleo Faliro dənizkənarı ərazisində Ailə qürur paradını qadağan edib. 

Qaynarinfo bu barədə Attika polis idarəsinə istinadən xəbər verir.

İdarə rəqiblərin eyni ərazidə toplaşmaq qərarına gəldikdən sonra paradın "ictimai təhlükəsizliyə təhdid" səbəbiylə qadağan edildiyini bildirib.

"Afina polis rəisinin qərarı ilə şənbə günü açıq havada iki ictimai toplantı keçirmək qadağandır", deyə polis bildirib.

Belə ki, bundan əvvəl ənənəvi ailə dəyərlərinin müdafiə edənlərə rəqib olan qrup eyni ərazidə toplaşmaq qərarına gəlib. Qarşıdurma təhlükəsinə görə polis rəisi açıq havada iki ictimai görüşü qadağan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->