Xəritələrdə görünməyən nöqtələr bir-bir böyük quru sahələrinə çevrilir. Çin, Cənubi Çin dənizində milyonlarla ton qum və beton istifadə edərək okeanın ortasında sıfırdan adalar inşa edir. Bəs təbiətin milyonlarla il ərzində yaratdığı prosesi bir neçə ilə sığdıran bu layihənin əsas məqsədi nədir?
Sığ suların ortasında qeyri-adi inşaat
Qaynarinfo xəbər verir kiI, Cənubi Çin dənizinin sığ sularında son illərdə qeyri-adi tikinti işləri baş verib. Çin, strateji və siyasi mövqeyini gücləndirmək üçün açıq dənizin ortasında sıfırdan adalar yaradaraq sərhədlərini genişləndirir. Mineral ehtiyatları ilə zəngin Paracel və Spratly arxipelaq bölgəsində yüksələn bu infrastruktur həm müasir mühəndisliyin sərhədlərini sınayır, həm də ciddi müzakirələrə səbəb olur.
Qumdan qalə yox, nəhəng quru sahəsi
Çinin "Qumdan Çin Səddi” adlandırdığı layihə 2013-cü ildə başlayıb və yalnız üç il ərzində təxminən 3.200 dönümlük yeni quru sahəsi yaradılıb. Bu adalar dənizin dibində sadəcə yığılmış qum yığınlarından ibarət deyil. İnşaat prosesi, dəniz səviyyəsinin altında qalan uyğun bir mərcan resifi tapmaqla başlayır. Sonra, dəniz dibindən dev vakuumlarla çıxarılan milyonlarla ton qum və çınqıl bu resiflərin üzərinə tökülür. Çin təbiətin milyonlarla ildə yaratdığı geoloji formalaşmanı bir neçə ilə sığdıraraq, dənizin ortasında hətta təyyarə eniş-palyaqlamasını dəstəkləyəcək qədər möhkəm təməl yaradır.
Təbiətin tarazlığı və beton mübarizəsi
Qum və daşlardan ibarət təməl, adanın dalğalar tərəfindən sürüklənməməsi üçün beton və nəhəng qayalarla dəstəklənərək zirehli bir quruluşa çevrilir. Lakin bu süni quruluşların ağır bir qiyməti var. Dəniz dibindən material çıxarılması və resiflərin üzərinə qum tökülməsi bölgədəki həssas mərcan ekosistemini və balıq ehtiyatlarını geri dönməz şəkildə məhv edir. Təbii adalardan fərqli olaraq, bu süni adalar elementlərin aşındırıcı təsirinə qarşı davamlı mübarizə aparmalıdır. Duzlu suyun betonu aşındırma sürəti nəzərə alındığında, adaların ayaqda qalması üçün müntəzəm və maliyyətli baxım tələb olunur.
Strateji mühəndislik möcüzəsi
Bu gün həmin adalarda hərbi obyektlər, hökumət binaları və hətta kiçik yaşayış məntəqələri mövcuddur. Dənizdən torpaq əldə etmə texnikası dünyada yeni olmasa da, Çinin tətbiq etdiyi miqyas heyrət doğurur. Bu proses böyük büdcə, insan resursu və qabaqcıl texnologiya tələb edir və Çin dənizin ortasında yeni torpaqlar yaratmaqda lider mövqeyini təmin edir. Çin bu adaları qoruduqca, açıq dənizdəki bu "beton karakollar” bölgədəki tarazlıqları müəyyən edən əsas amillərdən biri olmağa davam edəcək.
Aydın
Şərhlər