Xəbər lenti

York hersoqinyası:
Dünya 22:31 16.05.2025

York hersoqinyası: "Kraliça II Elizabet mənimlə itlər vasitəsilə danışır"

Kraliça II Elizabetin keçmiş gəlini Sara Ferqyuson bildirib ki, mərhum əri York hersoqu, şahzadə Endryunun anası onunla öz itləri vasitəsilə danışır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Ferqyuson Londonda keçirilən Qadın Yaradıcılar Forumunda çıxışı zamanı belə deyib:

"Onun itləri məndədir, onun korqiləri. Hər səhər onlar içəri girib "Hav! Hav!" etdikdə və bu cür davrandıqda əmin oluram ki, bu, onun mənimlə danışma üsuludur, sanki mənə deyir ki, hələ də buradadır".

Qeyd edək ki, kraliça 2022-ci ilin sentyabrında vəfat edib. Ferqyuson və şahzadə Endryu kraliçanın ölümündən sonra kraliçanın ölümündən bir il əvvəl ona hədiyyə etdiyi iki korqini özlərində saxlayıblar. Onlar 1996-cı ildə rəsmi olaraq boşansalar da, birgə yaşayırlar.

Sara Ferqyuson Qadın Yaradıcılar Forumundakı çıxışını daha az metafizik notla tamamlayıb:

"Əslində, əsas məsələ odur ki, onun gəlini olmaq mənə böyük şərəf gətirib. Bu, həqiqətən də möhtəşəmdir. Bura gələndə kraliça Elizabetin adını daşıyan dəmir yolunu gördüm və düşündüm: O, necə heyrətamiz bir qadın idi".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->