Xəbər lenti

Yeddiqat İtaliya çempionu İsveçrə klubunun baş məşqçisi təyin edildi
İdman 09:39 27.01.2026

Yeddiqat İtaliya çempionu İsveçrə klubunun baş məşqçisi təyin edildi

İtaliyanın "Yuventus", İngiltərənin "Arsenal" klublarının və İsveçrə millisinin sabiq müdafiəçisi Ştefan Lixtştayner "Bazel" klubunun "sükanı arxasına" keçib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

42 yaşlı mütəxəssis 2022-2024-cü illərdə "Bazel"in gənclər komandalarına rəhbərlik edib, daha sonra isə "Vettsvil-Bonstetten" klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

Ş.Lixtştayner "Yuventus"un heyətində yeddiqat İtaliya çempionu olub.

Qeyd edək ki, "Bazel" İsveçrə Superliqasında 21 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Tun"dan 10 xal geri qalır.
--> -->