Xəbər lenti

Yaponiyada 7,1 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
Dünya 12:53 08.08.2024

Yaponiyada 7,1 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi

Yaponiyada güclü zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, ölkədə bir neçə dəqiqə ərzində 2 güclü zəlzələ qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6.9 bal gücündə ilk zəlzələ Kyuşu adasında Miyazaki sahillərindən 20 mildən az məsafədə baş verib, bir dəqiqədən az müddət sonra 7,1 bal gücündə daha güclü zəlzələ baş verib.

Məlumata görə, güclü zəlzələlərin ardından Yaponiyada sürətli qatarların hərəkəti dayandırılıb. Eyni zamanda ölkənin cənub-qərbi üçün sunami xəbərdarlığı edilib.

Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat verilməyib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->