Xəbər lenti

Xizək kurortundakı yanğın: Futbolçu sevgilisini xilas etdi, bədəninin 30 faizi yandı
Dünya 16:10 06.01.2026

Xizək kurortundakı yanğın: Futbolçu sevgilisini xilas etdi, bədəninin 30 faizi yandı

Fransanın "Metz" klubunun 19 yaşlı futbolçusu Tahiris Dos Santos İsveçrədə - Krans-Montana kurortunda baş verən yanğın zamanı sevgilisini xilas edib və bədəninin təxminən 30%-ni yanıb. 

Qaynarinfo "Blue News"a istinadən xəbər verir ki, əvvəlcə futbolçu özü binadan çıxıb, amma sevgilisinin içəridə qaldığını öyrəndikdən sonra tərəddüd etmədən alovla əhatə olunmuş "Le Constellation" barına geri dönüb.

Nəticədə Dos Santosun bədəninin təxminən 30%-ni yanıb. Futbolçunun agentinin sözlərinə görə, onun vəziyyəti ağır, amma stabildir: Şüuru üstündədir və nəfəs alır, həkimlər bunu müsbət əlamət hesab edirlər.

Hazırda futbolçu Ştutqartda xüsusi yanıq mərkəzində müalicə alır. Onun sevgilisi də xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, Tahiris 2024-cü ilin yayından "Metz"in ikinci komandasında çıxış edir. Agent vurğulayır ki, klub və yaxınları onun sağalması yolunda tam dəstək göstərirlər və futbolçunun yalnız fiziki deyil, həm də psixoloji travmalarla mübarizə aparmalı olacağını qeyd edirlər.

Qeyd edək ki, Yeni il günü İsveçrənin Krans-Montana xizək kurortundakı "Le Constellation" barında baş verən yanğın təxminən 40 insanın həyatına son qoyub, 115 nəfər isə yaralanıb. Onlardan əksəriyyətinin vəziyyəti ağırdır.

Bu faciə İsveçrənin tarixində ən dəhşətli hadisə kimi qiymətləndirilir və gecəyarısı dolu bir məkanda baş verib. Həlak olanlar arasında gənclər və yeniyetmələr də var.

Şahidlərin sözlərinə görə, yanğın başlamazdan əvvəl bar içərisində şampan butulkalarından yanan benqal atəşlərindən istifadə olunub. Hadisə ilə bağlı istintaq başlanılıb.

Aydın

--> -->