Xəbər lenti

Xaçmazda şəhərin mərkəzində kərkəs tutuldu (VİDEO)
Video 21:42 05.11.2025

Xaçmazda şəhərin mərkəzində kərkəs tutuldu (VİDEO)

Xaçmaz şəhərində nəhəng kərkəs tutulub.

"Unikal"ın məlumatına görə, Xaçmaz üzərində səmada uçan kərkəs şəhərin N.Nərimanov prospektində şam ağacına qonub.
Əraziyə cəlb olunan FHN-nin xüsusi riskli xilasetmə qrupu qartalı tutmaq istəyərkən, vəhşi quş ağacdan yerə düşüb. Yerli sakinlərin köməyi ilə kərkəsi tutmaq mümkün olub.

Şəhər sakinləri indiyədək belə kərkəsin yaxından uçduğunu görmədiklərini və onun "Akbaba"  növə məxsus olmasıni bildiriblər.

Vəhşi quş əlaqədar təşkilatlara təhvil verilib.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->