Xəbər lenti

WSJ: İranın Haniyənin ölümünə
Dünya 16:28 03.08.2024

WSJ: İranın Haniyənin ölümünə "tez və sərt" cavab hazırlayır

"Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə və Beyrutda "Hizbullah" komandiri Fuad Şükrün qətlinə İran və Livan şiə qruplaşması "Hizbullah"ın cavabı çevik və sərt olacaq. Gərginliyin qarşısını almağa çalışan amerikalı və ərəb diplomatları Tehran və Livan fraksiyasının "qəzəbli sükutu" ilə üzləşirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) iranlı diplomata istinadən yazıb.

İranlı diplomat deyib ki, müxtəlif ölkələrin İranı İsrailin son hücumlarından sonra cavab verməməyə inandırmaq cəhdləri boşa çıxır. ABŞ prezidenti Co Baydenin administrasiyası hüdumun bir neçə gün və ya bir həftə ərzində davam edəcəyini gözləyir. Pentaqonun press-relizinə görə, Birləşmiş Ştatlar İsrailə mümkün hücumla əlaqədar Yaxın Şərqə də təyyarələr göndərəcək.

İran və Livan siyasətçiləri İsrailə dərhal cavab verilməsini tələb ediblər. Eyni zamanda, digərlərinin fikrincə, İsrail və ABŞ-ın hazırda yüksək hazırlıq vəziyyətində olduğunu və hücumun gözlənilməz olması üçün bir-iki ay gözləmək daha yaxşıdır. Sonuncular arasında "Hizbullah"ın baş katibi Həsən Nəsrullah da var. Nəsrullah İsrailə sərt cavab vəd edib, lakin qeyd edib ki, hərəkət tələsik olmayacaq: hücum israilliləri təəccübləndirməlidir. Eyni zamanda, "Hizbullah" lideri güclü, lakin düşünülmüş cavabı açıqlayıb.

İsrail hərbçiləri "Hizbullah"ın hərbi komandiri Fuad Şükrün öldürüldüyünü açıqlayıb: o, iyulun 30-da Beyrutda hava hücumu nəticəsində öldürülüb. Bunun ardınca ikinci aksiya baş tutub - iyulun 31-nə keçən gecə onun İrandakı iqamətgahına hücum edilib. Nəticədə İsmayıl Haniyə öldürülüb. İran hakimiyyəti buna görə İsraili günahlandırıb. Qüds İsmayıl Haniyənin ölümünü şərh etməyib, lakin daha iki yaraqlının öldürüldüyünü təsdiqləyib. İranın ali dini lideri Ayətullah Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbərinin ölümünə görə "ağır cəza" vəd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->