Xəbər lenti

WSJ: İran müharibəyə səbəb olsa belə, İsraildən qisas alacağına söz verdi
Dünya 11:00 05.08.2024

WSJ: İran müharibəyə səbəb olsa belə, İsraildən qisas alacağına söz verdi

İran HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibətini yumşaltmaqdan imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə mənbələr istinadən "The Wall Street Journal” (WSJ) yazır.
 
İddialara görə, İran rəsmiləri ərəb diplomatlarına cavabın müharibəyə səbəb olub-olmaması ilə maraqlanmadıqlarını bildiriblər.

WSJ-nin məlumatına görə, Birləşmiş Ştatlar Avropa və digər ölkələrin hökumətlərindən İrana eskalasiyanın qəbuledilməz olduğuna dair siqnal və istənilən ciddi zərbənin cavab tədbirləri ilə nəticələnəcəyinə dair xəbərdarlıq çatdırmağı xahiş edib. Bundan əlavə, Vaşinqton işarə edib ki, İran təmkinli olarsa, İranın yeni prezidentinin Qərblə əlaqələri yaxşılaşdırmaq səylərinin daha yaxşı şansı olacaq.

İran və HƏMAS İsraili Haniyənin qətlində günahlandırır, lakin İsrail ittihamları şərh etməkdən imtina edir. İslam İnqilabı Keşikçiləri Korpusu "intiqamın qaçılmaz olduğunu” və İsrailin "ağır cəza” alacağını bildirib. Axios-a görə, İran avqustun 5-i bazar ertəsi zərbə endirə bilər. ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərib. Bir sıra aviaşirkətlər Təl-Əviv və Beyruta uçuşları dayandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->