Əməliyyat edilən aktyor Vüsal Murtuzəliyevin son vəziyyəti açıqlanıb.
	
Aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, o, artıq reanimasiyada deyil, amma hələ də xüsusi nəzarət altındadır.
 
	
"Həkimlər yanına heç kimi buraxmırlar, çünki bərpa dövründə olduğu üçün infeksiya yoluxa bilər”, – Dilarə Əliyeva qeyd edib.
	
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
	
             
            
Şərhlər