Xəbər lenti

Vüqar Behbudovla görüşə bilməyən şəxslər səs-küy saldılar
Ekonomiks 11:13 08.04.2025

Vüqar Behbudovla görüşə bilməyən şəxslər səs-küy saldılar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş G.H və 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini D.F polis əməkdaşları tərəfindən tutulublar.

Həmin şəxslərin saxlanılmasına səbəb agentliyin inzibati binasında səs-küy salmaları olub. Məlumata görə, 2025-ci il aprelin 3-də onlar Sosial Xidmətlər Agentliyinin binasına gələrək İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşmək istəyiblər. Görüş baş tutmadıqda G.H və D.F günün ikinci yarısında yüksək səslə danışaraq və işçilərə qarşı təhqiramiz ifadələr işlədərək narazılıqlarını bildiriblər.

Daha sonra onlar binanın qapısını dəfələrlə əl ilə döyərək hər hansı əməkdaşın diqqətini çəkməyə və onlara yaxınlaşmasına çalışıblar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə G.H və D.F 8 sutka inzibati həbs cəzası alıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->