Xəbər lenti

Ekonomiks 13:28 03.03.2026

"Instagram" son 3 ayda Azərbaycandakı bazar payının 64 faizini itirdi

Ötən ay Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un payı 39,80 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 10,92 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18,15 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 0,69 faiz bəndi azalaraq, il ərzində isə 10,50 faiz bəndi artaraq 21,93 % təşkil edib.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 4,26 faiz bəndi, illik isə 24,40 faiz bəndi azalaraq 16,85 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 64 % təşkil edib).

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 2,16 faiz bəndi, illik müqayisədə isə 8,61 faiz bəndi azalaraq 8,83 % təşkil edib.

İlk beşliyi 5,79 %-lik bazar payı ilə "LinkedIn" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,94 faiz bəndi, illik müqayisədə isə 4,34 faiz bəndi artıb.
--> -->