Xəbər lenti

Viktor Orban:
Dünya 18:20 06.07.2024

Viktor Orban: "NATO sülh layihəsi kimi yaradılıb, amma indi..."

"NATO ölkələri üçün xatırlaması vacibdir ki, alyans sülh layihəsi kimi yaradılıb, amma indi onun gündəmində münaqişənin həlli deyil, eskalasiyası durur". 

Qaynarinfo xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Newsweek” jurnalında dərc olunan məqaləsində bildirib.

"Unutmaq olmaz ki, dünya tarixində ən uğurlu hərbi ittifaq sülh layihəsi kimi başlayıb və onun gələcək uğuru sülhü qorumaq qabiliyyətindən asılıdır", deyə Orban vurğulayıb.

Siyasətçi etiraf edib ki, bu gün alyansın gündəliyi sülhə nail olmaq arzusu deyil, daha çox münaqişəni gərginləşdirmək istəyidir. Orban hesab edir ki, bu, Şimali Atlantika Alyansının dəyərlərinə ziddir.

Bununla bağlı o, "digər güc mərkəzləri ilə" qaçılmaz hərbi qarşıdurma iddiasında olan hərbi-siyasi blokun üzvləri ilə razılaşmadığını bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->