Xəbər lenti

Vətən müharibəsi şəhidinin anası vəfat etdi (FOTO)
Foto 09:39 17.11.2025

Vətən müharibəsi şəhidinin anası vəfat etdi (FOTO)

Vətən müharibəsi şəhidi Elvin Ağakərimovun anası vəfat edib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid anası Xədicə Ağakərimova yaşadığı Şamaxı rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü E.Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-si Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra bir neçə medalla təltif edilib.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->