Vətən müharibəsi iştirakçısı, Silahlı Qüvvələrin zabiti İqbal Səfərov yeni vəsifəyə təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə İqbal Səfərov sosial şəbəkə hesabında paylaşım edib. O, "Zirə Dəniz” gömrük postuna baş inspektor vəzifəsinə təyin olunduğunu bildirib.
"Göstərilən etimada görə Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Şahin Bağırova və bütün rəhbərliyimizə minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam", - deyə zabit qeyd edib.
Şərhlər