Xəbər lenti

Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq - İlk dəfə
Ölkə 11:54 29.07.2024

Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq - İlk dəfə

Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq.

"Report" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir: "Proqramların hazırlanması istiqamətində işlər görülür".

C.Kərəmov əlavə edib ki, hazırda Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə mərkəzləri ilə bağlı layihələndirmə işləri gedir.

Qeyd edək ki, Şuşa Peşə Təhsil Mərkəzi 400 tələbə tutumuna malik olacaq. Eyni zamanda 12 emalatxanası olacaq mərkəzin 86 yerlik yataqxanası nəzərdə tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->