Xəbər lenti

Uruqvay millisinin üzvləri azarkeşlərlə dava etdi - Ailə söhbəti (VİDEO)
İdman 15:28 11.07.2024

Uruqvay millisinin üzvləri azarkeşlərlə dava etdi - Ailə söhbəti (VİDEO)

Kolumbiya millisi 2024-cü ildə Amerika kubokunun yarımfinalında Uruqvay millisini məğlub etsə də, sonrakı hadisələr maraqlı futbol matçına kölgə salıb. Final fitindən sonra uruqvaylı futbolçular kolumbiyalı azarkeşlərlə dava edib. 

Bu barədə Qaynarinfo "Fox Soccer”ə istinadən xəbər verir.

Turnirin ikinci yarımfinalı son dərəcə gərgin keçib. Kolumbiya komandası Lermanın qolu ilə minimal hesabla qalib gəlsə də, bütün 90 dəqiqə ərzində meydanda və tribunalarda emosiyalar tüğyan edib.

Qarşılaşma başa çatdıqdan sonra qəfildən tribunalardan birinə qaçan Uruqvay millisinin üzvləri kolumbiyalı azarkeşlərlə dava etməyə başlayıblar. "Liverpul”un hücumçusu Darvin Nunyez xüsusilə fərqlənib. O, həm özü azarkeşləri vurub, həm də onlardan zərbələr alıb. 

Toqquşmaların səbəbi kifayət qədər tez aydın olub. "Selest"in kapitanı Xose Mariya Ximenez bildirib ki, Kolumbiya millisinin azarkeşləri stadionun sektorlarından birində uruqvaylı futbolçuların ailələrinə hücum ediblər. Nəticədə Nunyez, Arauxo və başqaları yaxınlarını, o cümlədən uşaqları xilas etmək üçün tribunalara qaçıblar.

"Heç bir polis əməkdaşı yox idi. Yarım saat sonra peyda oldular. Biz orada insanlarımız üçün təhlükə ilə üzləşdik. Ümid edirəm ki, yarış təşkilatçıları gələcəkdə stadionlardakı ailələr və azarkeşlərlə bir az daha diqqətli olacaqlar", - Ximenez bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->