Xəbər lenti

Ukrayna Sudcadan çıxdı - Zelenski Kurskda baş verənləri izah etdi
Dünya 17:48 12.03.2025

Ukrayna Sudcadan çıxdı - Zelenski Kurskda baş verənləri izah etdi

Kursk vilayətində vəiyyət sürətlə dəyişir. Ukraynanın "DeepState" monitorinq layihəsi cəbhə xəritəsini yeniləyib və indi Sudcanın artıq Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olmadığı göstərilir.  

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.

"Xəritə yeniləndi, düşmən Mahnovkanı, Zamostyeni, Kazak Lohnunu işğal etdi və Yasenovo ilə Skudnoya yaxınlaşdı", deyə "DeepState" yazıb, lakin Sudca şəhərinin adını birbaşa çəkməyib.  

Bununla belə, xəritə açıq şəkildə göstərir ki, Sudca şəhərinin ərazisi artıq Ukrayna qüvvələrinin nəzarətində deyil. Yalnız şəhərin qərb hissəsi hələ də "boz zona"da qalır, yəni heç bir tərəfin tam nəzarətində deyil.  
 



Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, Müdafiə Qüvvələri Kursk vilayəti ərazisində qarşıya qoyulmuş tapşırıqları yerinə yetirir. O, bu barədə cəbhənin bu istiqamətindəki son hadisələri şərh edərkən brifinq zamanı bildirib.  

"Bizim qoşunlar Kursk vilayəti ərazisində öz vəzifələrini yerinə yetirir. Ruslar açıq şəkildə ordumuza maksimum təzyiq göstərməyə çalışır. Hərbi komandanlıq öz işini görür – əsgərlərimizin həyatını mümkün qədər qoruyur", deyə o vurğulayıb.  

Prezident əlavə edib ki, yaxın günlərdə Rusiyanın nələri nümayiş etdirəcəyi bəllidir:  

"Düşünürəm ki, məsələ təkcə Kursk istiqamətində gərginliyin artırılmasında deyil. Onlar qorxutmağa çalışacaqlar. Fikrimcə, müxtəlif qorxutma üsullarına əl atacaqlar, o cümlədən nüvə xarakterli təhdidlərə də. Anlamaq lazımdır ki, bu, Rusiya Federasiyasının diplomatiyanın hər hansı bir formatından əvvəl istifadə etdiyi standart yanaşmadır. Buna ayıq gözlə baxmaq və real təhdidlərə reaksiya vermək lazımdır, təkcə informasiya hücumlarına deyil".

Prezident vurğulayıb ki, insanlar informasiya blokadasında olmamalıdır və Ukrayna kəşfiyyatı, hərbçiləri mümkün qədər operativ şəkildə təhdidlərlə bağlı yayılan məlumatlara cavab verməli və onları təkzib etməlidir.  

"Biz güclü informasiya təzyiqinə hazır olmalıyıq. Mənə inanın, biz artıq uzun müddətdir müxtəlif formatlarda belə vəziyyətlərə şahid olmuşuq. Nələrin baş verdiyini anlayırıq", deyə Zelenski qeyd edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->