Xəbər lenti

Ukrayna generalı NATO-nun aparıcı ölkə komandirləri ilə gizli görüş keçirdi
Dünya 10:00 30.08.2024

Ukrayna generalı NATO-nun aparıcı ölkə komandirləri ilə gizli görüş keçirdi

Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Pavlyuk Almaniyanın Drezden şəhərində NATO-ya üzv ölkələrin komandanları ilə gizli görüş keçirib.

Qaynarinfo xəbər verir ki, "Bild" mənbələrinin məlumatına görə, əsasən Avropadan olan 35 ölkənin yüksək rütbəli hərbi liderlərinin qapalı görüşü avqustun 29-da başa çatan üç günlük toplantı olub.

Həmkarları Almaniyanın quru qoşunlarının müfəttişi, general-leytenant Alfons Mays qəbul edib. Qonaqlar arasında Niderland, Estoniya, İspaniya, Böyük Britaniya, İsveç, Albaniya və Yunanıstandan olan generallar da olub. Ukraynanı USQ quru qoşunlarının komandanı, general-leytenant Aleksandr Pavlyuk, ABŞ-ı isə Avropa və Afrika Ordusu Komandanı Derril A. Vilyams təmsil edib.

Onların hamısından alman hərbi texnikasının ən son modellərinin nümayiş olunduğu görüş barədə jurnalistlərə məlumat verməmələri xahiş olunub.
Nəşrin məlumatına görə, nümayiş olunanlar arasında pilotsuz təyyarələrlə mübarizə üçün təkərli hava hücumundan müdafiə sistemi Skyranger də var. Mühərrikin gücü 720 at gücü, maksimal sürəti 100 km/saat, qiyməti 18 milyon avrodur.

Avtomatik 30 mm-lik top 3 km radiusda dronları, 4 ədəd "Stinger" raketi isə 9 km radiusda dronları vura bilir. Bu kompleks artıq Avstriya, Macarıstan və Danimarka tərəfindən sifariş olunub.

RCH-155 pilotsuz təkərli haubitsa da təqdim edilib: 815 at gücü, 700 km-ə qədər məsafə, qiyməti - 10 milyon avro. O, 30 km/saat sürətlə hərəkət edərkən 54 km məsafə və dəqiqədə doqquz mərmi qədər atış sürəti ilə atəş aça bilir. İlk 54 haubitsa 2025-ci ildə Ukraynaya göndəriləcək. 

"Biz Əfqanıstanda olanda Talibanın hərbi hava qüvvələri yox idi. İndi biz Ukraynada görürük ki, pilotsuz təyyarələrdən istifadə ilk növbədə böyük sıçrayış edib. Onlar indi döyüş meydanında hər yerdə mövcuddur. Ona görə də biz hamımız havadan gələn bu yeni təhlükəyə qarşı bunu etməliyik", deyə general-leytenant Alfons Mays bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->