İspaniyalı hakim Xesus Gil Manzano artıq Avropa çempionatının oyunlarını idarə etməyəcək.
Qaynarinfo xəbər verir ki, UEFA Fransa-Avstriya matçında bir sıra səhvlərdən sonra hakimi oyunlardan uzaqlaşdırmaq qərarına gəlib.
0:0 hesabı ilə başa çatan qarşılaşmada hakim səhvən küncdən zərbə əvəzinə qapıdan cərimə zərbəsi təyin edib, həmçinin Kilian Mbappenin burnu sındığı üçün Fransaya əvəzetmə imkanı verməyib.
Fransa yığması pley-offa ikinci yerdə çıxıb, Avstriya komandası isə qrup qalibi olub.
Alpər
Şərhlər